Tixanovskaya: “Lukaşenkonun gedişi zaman məsələsidir”
Sentyabr 15
10:20
2020
Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya prezident Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsinin sadəcə zaman məsələsi olduğunu deyib.
Qlobal.az xəbər verir ki, "Vaşington Post” qəzetinin elektron versiyasında yayımlanan müəllif məqaləsində siyasətçi, 9 avqustda keçirilən prezident seçkilərindəki rəsmi səsvermə məlumatlarını hələ də tanımadığını təsdiqləyıb. O, müxalifət namizədi olaraq, seçkilərdə səslərin çox hissəsini aldığını söyləyib və buna əsasən, müxalifətin Belarusda etiraz aksiyalarını davam etdirmək niyyətini açıqlayıb.
"Biz dinc etirazlarda israr edirik və şiddət tətbiq etməkdən imtina edirik", - Tixanovskaya deyib. Müxalifətçi bunun kifayət edəcəyinə və respublikanın geri dönüş nöqtəsini keçdiyinə inanır: "Lukaşenkonun bu ölkənin lideri kimi gələcəyi yoxdur”. Keçmiş namizədin də qeyd etdiyi kimi, müxalifət kütləvi nümayişlər keçirməyə, "dövlət aparatını boykot etməyə" və "dövlət qurumlarına təzyiq göstərməyə" davam edəcək.