SON XƏBƏR

Tolqahan Sayışman suriyalı uşaqlara söz verdi

May 19
06:42 2016
Suriyalı uşaqların təhsil alıdığı məktəbi ziyarət edən türkiyəli aktyor Tolqahan Sayışman mühacirətdəki balacalarla gözəl bir gün keçirib. Məşhur aktyor "Türkiyə, sizin ananız, atanızdır. Sahibsiz deyilsiniz" - deyə, məktəblilərə səslənib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esenyurtda yerləşən və suriyalı qaçqın uşaqlarının təhsil aldığı məktəbə baş çəkən T.Sayışmanın səfəri gözlənilməz olub.  Suriyalı uşaqlarla səmimi söhbət edən aktyor sevgi ilə əhatə olunub. 

Söhbət zamanı Tolqahan Sayışman bunları qeyd edib:
 
"Burada xoşbəxt olduğunuzu görürəm. Bu, gözlərinizdən oxunur. Yaşadıqlarınızın nə qədər ağır olduğunu bilirik. Burada özünüzü tənha hiss etməyin. Siz bizim əzizlərimizsiniz, hər zaman yanınızdayıq. Türkiyə sizin ananız, atanızdır, sahibsiz deyilsiniz. Sizləri xoşbəxt və firavan görmək istəyirik".
 
Məktəblərarası futbol turnirində üçüncü olan şagirdlərdən ibarət komanda ilə futbol oynayan aktyor   növbəti yarışlardan birində onlarla birgə meydançaya çıxacağına söz verib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook