SON XƏBƏR

Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək – Vergi Məcəlləsində dəyişiklik

Dekabr 09
15:10 2024
"Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək”.

"AzPolitika” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.

"Bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq. Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar”, - o əlavə edib.

İqtisadçının sözlərinə görə, digər tərəfdən, bu sahibkarların xərcləri ilə yanaşı torpaqların icarə qiymətinə də təsir göstərə bilər: "Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər”.

V.Bayramov hesab edir ki, bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook