TRACECA dəhlizi ilə daşımaların həcmi 11% artıb
May 08
12:20
2017
Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 mln. 163,1 min ton, yük dövriyyəsi isə 2 mlrd. 744,5 mln. ton-km olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 7 mln. 764,8 min tonu və ya 59%-i avtomobil nəqliyyatı, 3 mln. 653 min tonu və ya 27,7%-i dəmir yolu nəqliyyatı, 1 mln. 745,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2% artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 20,7%-ni və ya 2 mln. 723,9 min tonunu tranzit yüklər təşkil edib.