Tramp ABŞ ordusunu Kiyevə göndərməyəcəyinə söz verib
İyun 21
10:59
2024
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, heç vaxt ABŞ ordusunu Ukraynaya göndərməyəcəyinə söz verib.
Tramp onu da qeyd edib ki, münaqişəyə səbəb məhz Ukraynanın NATO-ya qoşulması ilə bağlı danışıqlar olub.
APA xəbər verir ki, Tramp bunu "All-In Podcast" "YouTube” kanalına müsahibəsində deyib.