Tramp ABŞ şirkətlərində xarici sərmayəni məhdudlaşdırıb
İyun 27
09:50
2018
ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyinin Amerika şirkətlərində xarici sərmayələrin məhdudlaşdırılması tədbirlərini bəyənib.
"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
"Bizim böyük alimlərimiz, gözəl beyinlərimiz var və bunları qorumalıyıq. Biz bunu edirik", - deyə Tramp bildirib.
Məhdudlaşdırıcı tədbirlər xarici investorların surət texnologiyaları üçün zəruri sayılıb.
İyunun 25-də məlum olub ki, Tramp Çinin bir çox şirkətlərinə ABŞ-ın texnoloji müəssisələrinə sərmayə yatırmağı qadağan etmək niyyətindədir.