Tramp geri addım atdı: ABŞ qaçqınların qəbulunu bərpa edib
Oktyabr 25
10:17
2017
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.
Qlobal.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Fərmanda bildirilir ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
Bununla belə, fərmanda bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Administrasiya nümayəndəsi məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyini bildirib. Həmin ölkələrin vətəndaşları yaxın üç ay müddətdə ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaqlar.
Dövlət Departamenti ayrıca yaydığı bəyanatda qeyd edib ki, bütün ölkələrdən qaçqın ailələrinin hər bir üzvü əlavə yoxlama prosedurlarına məruz qalacaqlar.