Tramp indi də amerikalıları şantaj edir – “Əgər demokratlar qayıtsa…”
Noyabr 07
09:22
2019
ABŞ prezidenti Donald Tramp demokratları "totalitarlıqda” ittiham edib və 2020-ci ildə keçiriləcək prezident seçkilərində onların qələbə qazanacağı təqdirdə iqtisadi depressiyanın olacağını əvvəlcədən xəbər verib.
Bu barədə "Report” RİA "Novosti”yə istinsadən xəbər verir.
"Amerikanı transformasiya etmək cəhdində demokratlar daha da totalitar olurlar: narazıları boğurlar, günahsızlara şər atırlar, hüquq standartlarını məhv edirlər, açıq məhkəmə prosesləri qururlar və Amerika demokratiyasını devirməyə çalışırlar.
Sizə dəqiq deyirəm əgər demokratlar qayıtsa, onda heç vaxt görmədiyiniz depressiyaya uğrayacaqsınız”, – deyə Tramp Luizianadakı mitinqdə tərəfdarları qarşısındakı çıxışında bildirib.
Qeyd edək ki, Tramp 2020-ci ilin prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Respublikaçıların rəqibi olan demokratların vahid namizədi yayda müəyyən ediləcək.