SON XƏBƏR

Tramp İran hakimiyyətini "etirazçıları öldürməməyə" çağırdı

Yanvar 13
00:09 2020
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini etiraz aksiyalarının iştirakçılarının "qətlini dayandırmağa", ölkənin internetini bərpa etməyə və KİV nümayəndələrinə ölkə üzrə sərbəst hərəkət etməyə icazə verməyə çağırıb.

Ağ Ev rəhbəri bu barədə özünün "Twitter”dəki hesabında yazıb.

"İran rəhbərlərinə – etiraz edənləri öldürməyin. Siz artıq öldürdünüz və minlərlə insanı həbsxanalara saldınız, dünya baxır. Daha əhəmiyyətlidir ki, ABŞ baxır. İnterneti qoşun və jurnalistlərə azad hərəkət etməyə icazə verin! Siz çox gözəl İran xalqınızın qətlini dayandırın!" – deyə Tramp qeyd edib.

"Report” xatırladır ki, şənbə günü Tramp özünün "Twitter”dəki mikrobloqunda fars dilində yazaraq İranda etiraz edənləri dəstəkləyib. ABŞ Prezidentinin fikrincə, İran hakimiyyəti ölkədə etiraz yerlərindən "hüquq müdafiəsi qruplarına faktları izləməyə və bildirməyə icazə verməlidir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook