SON XƏBƏR

Tramp İrana "ən yüksək səviyyəli sanksiya"nı tətbiq etdi

Sentyabr 21
10:53 2019
ABŞ prezidenti Donald Tramp ötən günlərdə İrana qarşı elan edilən yeni sanksiya dalğasının detalları barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, İran Milli Bankı ABŞ-ın bu dəfəki hədəfinə çevrilib. Tramp qərarı İrana qarşı tətbiq edilmiş "ən yüksək səviyyəli sanksiya" adlandırıb. Milli Bankdan başqa "Milli İnkişaf Fondu” və "Etemad Tejerate Pars Co.” şirkəti də sanksiya siyahısında yer alıb. 

ABŞ rəhbəri İrana qarşı hərbi müdaxilə planının belə hazır olduğunu, istənilən vaxt 15 obyektə zərbə endirə biləcəklərini qeyd edib. 

Xatırladaq ki, ABŞ ötən həftə Səudiyyənin "Saudi Aramco" neft şirkətinə təşkil edilən hücuma görə İranı ittiham edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook