Tramp Rusiya ilə yeni raket müqaviləsi bağlamaq istəyini açıqlayıb
Fevral 02
11:26
2019
BŞ Orta və Yaxın Mənzilli Raketlərin ləğvinə dair yeni saziş bağlamaq istəyir.
SalamNews-un "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Ümid edirəm ki, hər kəsi böyük və gözəl bir otaqda toplayıb daha yaxşı bir müqavilə bağlaya bilərik. Şübhəsiz ki bunu görmək istərdim", - Tramp jurnalistlərə bildirib.
Qeyd edək ki, fevralın 2-dən etibarən ABŞ, Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Sazişində (OYMRM) iştirakını dayandırır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo jurnalistlərə açıqlamasında bildirib ki, əgər altı ay ərzində Rusiya sənədin müddəalarına riayət etməsə Vaşinqton sazişi birdəfəlik tərk edəcək.