SON XƏBƏR

Tramp və Kimdən ortaq bildiriş

Fevral 25
12:32 2019
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ortaq bildiriş yayımlayıb.

Qaynarinfo xəbər verir ki, 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda 2-ci dəfə qarşılaşacaq 2 ölkə lideri dünya sülhü və rifahı, Koreya yarımadasının nüvə silahından təmizlənməsi üçün aşağıdakı öhdəlikləri yerinə yetirməyə söz verib:

1. ABŞ və KXDR iki ölkə xalqlarının sülh və rifahı üçün ABŞ-KXDR əlaqələri yaratmağa söz verir.
2. ABŞ və Şimali Koreya Koreya yarımadasında daimi sülh şəraitinin yaradılmasında iştirak edəcək.
3. Şimali Koreya 27 aprel 2018-ci ildə imzalanmış "Panmunjom" Bəyənnaməsində göstərilən tələbi yerinə yetirməyi, Koreya yarımadasının nüvə silahından təmizlənməsini öhdəliyinə götürür.
4. ABŞ və KXDR Koreya müharibəsində həyatını itirən və ölkədə dəfn edilən əsgərlərin müəyyənləşdirilməsi, cənazələrin geri göndərilməsini öhdəliyinə götürür.

Qeyd edək ki, Kim və Tramp ilk dəfə 12 iyun 2018-ci ildə Sinqapurda görüşüb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook