SON XƏBƏR

Trampa 5 milyon təzminant kəsdirən yazıçı xanım daha 10 milyonluq iddia qaldırdı

May 23
12:36 2023
Jurnalist və yazıçı Elizabet Cin Kerrol Donald Trampa qarşı ən azı 10 milyon dollar təzminat tələbi ilə məhkəməyə yenidən müraciət edib. Yeni məhkəmə prosesi eks-prezidentin məhkəmədən sonra xanım Kerrola 5 milyon dollar ödəməsini tələb edən ifadələrinə aiddir.

Qaynarinfo xəbər verir ki, bu barədə The Associated Press məlumat yayıb.

İddia Manhetten məhkəməsinə verilib. İddiaçının vəkilləri hesab edirlər ki, Tramp jurnalistin ünvanına alçaldıcı ifadələri "ikiqat artırıb”. Vəkillər "Nifrət, pis niyyət və pis niyyətlə daha çox motivasiya oluna bilən böhtan xarakterli davranışı təsəvvür etmək çətindir" deyiblər. Onlar izah edirlər ki, Trampı "gələcək böhtanlardan” çəkindirmək üçün yeni məhkəmə prosesi lazımdır.

Xatırladaq ki, mayın əvvəlində ABŞ-da məhkəmə Donald Trampı 1996-cı ilin yazında jurnalistə qarşı seksual hərəkətlərdə təqsirli bilib. Məhkəmə qərarına əsasən o, 2 milyon dollar təzminat, böhtan və nüfuza xələl gətirdiyinə görə isə 3 milyon dollar ödəməlidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook