SON XƏBƏR

Trampa Arktikada buz heykəl qoyulacaq

May 11
14:58 2018
Bir qrup finlandiyalı ekoloq "Trampmor” layihəsini işə salıb.

Layihə çərçivəsində Arktikada buzlaqların birində ABŞ Prezidenti Donald Trampın surəti düzəldiləcək.

Qeyd olunur ki, bu addımın səbəbi qlobal istiləşməyə və buzlaqların əriməsinə diqqətin cəlb olunmasıdır.

Ekoloqların fikrincə, buzlaq bir müddət sonra əriməyə başlayanda D.Trampın üzü də yoxa çıxacaq. Bu layihə D.Trampın iqlim dəyişiklikləri barədə Paris sazişinə qarşı çıxması ilə əlaqədardır.

Qeyd edək ki, layihənin adı ABŞ-ın ilk dörd prezidentinin surətinin əks olunduğu Raşmor dağının adı ilə bağıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook