SON XƏBƏR

Trampdan şok addım: Bu qərardan imtina etdi

Oktyabr 16
01:45 2020
ABŞ yeni koronavirus dalğası səbəbindən təkrar məhdudlaşdırıcı tədbirlər görməyəcək. Virtualaz.org bildirir ki, Amerika Prezidenti Donald Tramp bunu Fox Business TV kanalına verdiyi müsahibədə deyib.

"Biz artıq heç nəyi bağlamayacağıq. Bizdə hər şey yaxşıdır", - Tramp bildirib.
 
Onun sözlərinə görə, ABŞ artıq böyük təcrübəyə malikdir, onlar bu xəstəlik haqqında çox şey öyrəniblər. O əlavə edib ki, ölkədə ayrı-ayrı ştatlarda yoluxanların sayında kəskin artım müşahidə olunur.

Amerika lideri, 2020-ci ilin sonunadək ölkədə koronavirus peyvəndinin hazır ola biləcəyini də söyləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook