Trampdan Türkiyəyə xəbərdarlıq
Yanvar 14
10:07
2019
"Ankara Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə hücum edərsə, Birləşmiş Ştatlar "Türkiyəni iqtisadi cəhətdən məhv edər”".
Belə bir xəbərdarlıqla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Türkiyə bundan öncə İslam Dövləti (İŞİD) yaraqlıları ilə savaşan, ABŞ-a müttəfiq kürd qüvvələrə hücum etməklə hədələyib.
Ankara onları Türkiyənin içindəki yaraqlılara bağlı terrorçular hesab edir.
Yanvarın 14-də yazdığı tvitində Tramp həm də kürdlərə xəbərdarlıq edib ki, "Türkiyəni təhrik etməsinlər”.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Suriyadan "uzun, vaxtı çatmış çıxarılma” prosesinə başlayıb, ancaq eyni zamanda İŞİD yaraqlıları ilə mübarizəni də davam etdirir.
"AP” agentliyi adını çəkmədiyi ABŞ müdafiə rəsmilərinə istinadla yazır ki, onlar hərbi avadanlığın çıxarılmasına başlayıblar. Yaxın həftələrdə 2 min hərbçinin çıxarılacağını gözləmək olar.
Trampın Suriyadan çıxmaq qərarı müttəfiqlərini sarsıdıb, Suriyadakı kürdləri qəzəbləndirib.
O, qüvvələrin tezliklə çıxarılacağını desə də sonradan prosesin ləng gedəcəyini bəyan edib.
Azadlıq Radiosu