Travmatoloq Ziyad Əliyevə hökm oxundu - Vəzifə saxtakarlığı
May 18
20:38
2023
Nizami Rayon Məhkəməsində vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirləndirilən Ziyad Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Qlobal.az pravda.az-a istinadən verdiyi xəbərə görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3500 manat miqdarında cərimə cəzasına məhkum edilib.
İttihama görə, Ziyad Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq vəzifəsində işləyən zaman vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, qeyrisinin təhriki ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə, vəzifə saxtakarlığı törədib.
Onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.