SON XƏBƏR

“TTŞ” İnşaat şirkəti Ağcabədidə yeraltı təbbi sərvətləri talan edib - İttiham

Sentyabr 14
13:13 2018
Ağcabədinin icra başçısı Şahin Məmmmədov Qorxmaz Paşayevlə birlikdə 3 il müddətində dövlətin yeraltı sərvətini talamaqla məşğul olub

Son illər ölkə rayonlarında su və kanalzasiya sistemlərinin yenidən bərpa edilməsi alqışlanası hadisələrdən biridir. Xatırladaq ki, rayonlarda "Su təchizatı və kanalizasiya investisiya proqramı” Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir. Belə layihələrdən biridə Ağcabədi rayonunda həyata keçirilir. Layihə 2014-cü ildən başlanılıb və artıq noyabr ayında bütün işlər yekunlaşmalıdır.

Ağcabədidən PİA.az-a daxil olan məlumatda bildirilir ki, layihəni həyata keçirən "TTŞ İnşaat” şirkətinin gördüyü işlər o qədərdə qənaətbəxş deyil. Rayon sakinlərinin şikayətində bildirilir ki, "TTŞ İnşaat” şirkəti Ağcabədi şəhərinin daxili yollarını demək olar ki, bərbad duruma salıb. Şəhər daxili yollarının təmiri yenidən qurulması üçün dövlət büdcəsindən külli miqdarda vəsaitlər xərclənib. Ancaq su və kanalzasiya çəkilişlərindən sonra daxili yollardan əsər-əlamət yoxdur.

"TTŞ İnşaat” şirkətinin rəsmi saytında yerləşdirilən fotolarda isə işlərin tam səliqəli getdiyi görsənir. Ancaq bu fotoların sadəcə bir görüntü olduğu deyilir. Saytımıza daxil olan məlumatda qeyd edilir ki, rayon icra başçısı Şahin Məmmədov "TTŞ İnşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayevlə əlbir olaraq Ağcabədi şəhərinin su və kanalzasiya çəkilişlərində istifadə olunan qum, çınqıl matreallarını Qarqar çayının yataqlarında yığıbar. İddiya görə sadəcə bir neçə şəxsin adına bağlanan formal müqvilələrdən başqa hər hansı bir sənədləşmə olmayan qum, çınqıl yığımından həm icra başçısı Şahin Məmmədov həmdə "TTŞ İnşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayev qazanıb.Digər məlumatlarda qeyd edilir ki, Qorxmaz Paşayevin işlərinə rəhbərlik edən Xəyal Aslanzadədə layihə çərçivəsində yaxşı qazanc əldə edib. Belə ki, mənbəmiz iddia edir ki, "TTŞ İnşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayev layihə çərçivəsində görülən işlərin qiymətləri bir neçə dəfə şişirtməklə bərabər, həm də bəzi işçi qüvvələrinin və texnikaların da sayını artırıb. Məlumatda vurğulanır ki, "TTŞ İnşaat” şirkəti rəhbərliyinin əsas qazanc yerlərindən biri də Qarqar çayından gündəlik qum və çınqıl matreallarının daşınmasından olub. Şəhərin su və kanalzasiya çəkilişlərində işləyən şəxsin verdiyi məlumatda deyilir ki, gündəlik qum və çınqıl daşıyan ağır tonajlı maşınların daşınma xərcləri bir neçə dəfə şişirdilməklə layihədən milyonlarla manat vəsait silinib.

Xatırladaq ki, TTŞ inşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayevin adı bir sıra iqtisadi qalmaqallarda hallanıb. Ümumiyyətlə su və kanalzasiya layihələrində "TTŞ inşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayevlə "Azərsu”ASC prezidenti Qorxmaz Hüseynovun şərik olması barədə ölkə mətbuatında məlumatlar gedib. Həmçinin ölkə mediasında Qorxmaz Paşayevin Azərbaycan Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin yaxın adamı olması barədədə məlumatlar mövcuddur.



İddiaya görə Cahangir Hacıyevin həbsindən sonra Beynəlxalq Bank işində adı keçən Qorxmaz Paşayev ölkəni tərk edərək bir müddət Rusiyada yaşayıb. Ancaq "Azərsu” prezidenti Qorxmaz Hüseynov adaşının problemlərini yoluna qoymağa müvəfəq olub və onun ölkəmizə qayıtmasın təmin edib.

Ağcabədi rayonundada həyata keçirilən layihənin əsas qazanclıları isə Qorxmaz Paşayev, Qorxmaz Hüseynov və başçı Şahin Məmmədov olduğunu deyə bilərik. Təkcə Qarqar çayı ətrafından 3 il müddətində qanunsuz olaraq daşınan qum, çınqıl matreallarının qiyməti bir neçə milyon manatlarla ölçülür və mənbə iddia edir ki, bu vəsaitin böyük hissəsi icra başçısı Şahin Məmmədovla və Qorxmaz Paşayevin cibinə axıb. Qəribədir ki, 3 il müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvəzi ödənilmədən ölkənin təbii sərvətinin talan olunmasını sadəcə seyr etməklə məşğul olub.

"TTŞ İnşaat” şirkətinin Ağcabədi şəhərində həyata keçirtdiyi su və kanalzasiya layihəsi barədə oxucularımıza daha ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook