“Turanbank” əmanətçilərinin nəzərinə: Pullarınız bata bilər
Yanvar 22
00:47
2018
"TuranBank” dollarla 36 aya müddətinə yerləşdirilən əmanətlərini sığortalamır. Qlobal.Az ölkə.az-a istinadən xəbər verir ki, xəzinə əmanət növündə 36 aylıq dollarla rəsmiləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanmır.
Belə ki, ADİF milli valyutada 15%, xarici valyutada isə 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.
Bu barədə bank istehlakçılara ətraflı məlumat vermir. Bankın buna hazır cavabı da var: "Müştərilərin çoxunun bundan xəbəri”.
Məlumat üçün deyək ki, sözügedən banka 3 illik dollarla əmanət yerləşdirsəniz, bankın bağlanacağı, və ya lisenziyasının ləğv olunacağı təqdirdə müştərilərin əmanətləri birmənalı olaraq geri qaytarılmayacaq. Yəni, banka dollarla 36 aylıq əmanət yerləşdirmək risklidir.
Xatırladaq ki, bankın faiz gəlirləri 4 milyon 036 min manat və ya 12% azalaraq 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 864 min manat və ya 61,9% azalaraq 4 milyon 160 min manat olub.
Sözügedən bankın aktivləri 50 milyon 906 min manat və ya 9,6% azalaraq 477 milyon 316 min manat olub. Öhdəlikləri isə 50 milyon 641 min manat və ya 10,7% azalaraq 418 milyon 346 min manata bərabər olub.
Qlobal.Az