Turistlər Naftalandakı sağlamlıq mərkəzlərindən niyə şikayətçidir?
Mart 23
09:25
2021
Son illər Azərbaycanda turizmin inkişafı dövlətin xüsusi diqqətində saxlanılır, xaricdən daha çox turistlərin cəlb olunması üçün layihələr hazırlanır və külli miqdarda maliyyə vəsaitləri sərf olunur.
Bununla belə, problemlərin çoxluğu, həddindən çox bahalılıq və xidmətlərin aşağı səviyyədə olması ölkəyə tursit axınına və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına cox ciddi manelərə yaradır.
Valyuta.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin (DTA) yaydığı rüblük hesabatda, ölkəmizin ən məşhur turizm məkanlarından biri olan Naftalan şəhəri ərazisindəki bütün hotellərdəki vəziyyət diqqətdə saxlanılıb və bu məkanlardakı qiymətin bahalılığı və xidmətlərin aşağı olması, turistlərin bu xidmətlərdən narazı qalması ilə bağlı kifayət qədər faktlar əks olunub.
Qiymətlər baha, xidmətlər aşağı səviyyədə
Naftalan şəhərindəki beşulduzlu hotellərin paketlərdə təqdim etdiyi bir günlük qiymət 200-230 manat təşkil edir. Bu göstərici "Mineralnıye Vodı” ərazisindəki müalicə sağlamlıq mərkəzlərindəki qiymətlərlə bərabər, Lıvov kurortlarının qiymətlərindən isə bahadır. Belə ki, Mineralnıye Vodı” ərazisində bir günlük istirahət üçün 200-260 manat, Lıvov kurortlarında isə 190-250 manat təşkil edir.
Qeyd edək ki, istər dördulduzlu, istərsə də beşulduzlu otellərdəki qymətlərin nisbətən yüksək olması təqdim olunan əlavə xidmətlərə daha çox aid edilir. Belə ki, hotelin paket üzrə təqdim etdiyi qiymətlər regionda olan beşulduzlu müalicə mərkəzlərindən az fərqlənir.
Naftalanda beşulduzlu hotellər üçün ümumi dəyərləndirilmə nisbətən aşağı göstərici qiymətlər və internet təminatı ilə bağlıdır. Turistlərin qiymət üzrə rəylərində əsas narazılıq ekstra xidmətlər və transferlə bağlıdır. İnternet təminatı regionlar üçün səciyyəvi problem olduğuna görə provayderlər qiymətindən asılı olmayaraq, yüksək sürətli internet təqdim etmirlər. Bu da texniki proses olduğuna üçün turistlərə yüklənmənin yüksək olması ilə izah edilir.
Natəmizlik, aşağı səviyyəli xidmət...
Naftalan şəhərinin dördulduzlu müalicə mərkəzlərindən olan "Gözəl Naftalan” və "Möcüzəli Naftalan” hotelləri üzrə turistlərin rəyləri 8 baldan yuxarıdır. Qeyd olunan hotellərin əsas problemi təmizlik (7,3 bal), qiymətlərin xidmətlərin keyfiyyətinə uyğun olmaması (6,9 bal), yerləşmənin aşağı olması (7,4 bal), internetin zəifliyi (5 bal) mənfi amil olaraq qeyd edilir.
Turistlər əsasən otaqların günaşırı təmizlənməsindən və ağların, dəsmalların iki gündən bir dəyişməsindən şikayət edir və bunları mənfi amillər kimi dəyərləndirilər. Yerləşmənin zəif olması isə otaq xidmətlərinin aşağı olması ilə əlaqələndirilir. Otaqların təmizliyinin əsasən müraciət əsasında aparılmasını da turistlər mənfi cəhət olaraq qeyd edirlər.
Turistlər otellərdə qidalanmadan çox şikayət edirlər
Qeyd olunan hotellərin paketlərində bir günlük müalicə, gecələmə və üç dəfə qidalanma birlikdə 60-80 manat təşkil edir ki, bu da eyni kateqoriyadan olan hotellər üçün yüksək deyildir. Qiymətlərin xidmətlərə uyğun olmamasını qeyd edənlər hotellərdə xidmətlərin keyfiyyətinin nisbətən aşağı olması ilə əlaqələndirirlər.
Qidalanmada çeşidlərin az olması da turistlərin narazı qaldığı amillərdəndir. Bu mərkəzlərdə qidalanmada açıq süfrə təqdim olunsa da, yeməklərin növünün eyni olması, bəzən nahar və axşam menyularının az fərqlənməsi narazılığın artmasına səbəb olur.
Turistlərlə kobud davranış və əlavə haqq tələbləri
Bu hotellərdə həkimlərin professionalığının yüksək olması qeyd olunsa da, orta tibb işçilərinin turistlərlə davranış qaydaları ürəkaçan deyil, üstəlik turistlərdən paketə daxil olan müalicə xidmətlərinə görə əlavə ödənişlər tələb edilir.
DTA diqqətə çatdırır ki, qeyd olunan problemlərin mövcudluğu gələcəkdə turistləri bu müalicə-sağlamlıq mərkəzlərinə gəlməkdən çəkindirə bilər.
Qeyd edək ki, Naftalan şəhərində olmuş turistlər digər müalicə mərkəzlərindən "Möcüzəli Naftalan”, "Gözəl Naftalan Resort”, "Naftalan” "Şəfa vannaları”, "Kəpəz” santoriyalarında xidmətlərin aşağı olduğu barədə də şikayətçi olurlar.
Bu sanatoriyalardan "Mözüzəli Naftalan” və "Sehrli Naftalan” haqqında rəylərə beynəlxalq aqriqatorlarda daha çox rast gəlinir və orta bal göstəriciləri 7-8 bal arasında dəyişir. Bu sanatoriyalarda qiymətlər ucuz olsa da, paketə daxil olan müalicə xidmətlərinə görə əlavə ödəniş tələb olunması halları üstünlük təşkil edir.
Paketə daxil olan tibbi prosedurlara, massaj və digər fizioterapiya xidmətlərinə görə əlavə pul tələb olunur. Personalın dil biliklərinin zəif, müştərilərlə davranış qaydalarının aşağı olmasını turistlər xüsusilə qeyd edirlər. Personal paketə daxil olan bütün xidmətlər üçün əlavə pul tələb edir.
Qidalanma ilə bağlı narazılıqlar daha çox çeşidin az, keyfiyyətin aşağı olması, gecikən zaman isə yeməklərin çatmaması halları ilə bağlıdır.

Qlobal.az