Turizm Agentliyi bu işlərə 6.4 milyon xərcləyəcək
İyul 03
06:12
2020
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sifarişçi olduğu növbəti tenderə yekun vurub.
"Dövlət Turizm Agentliyi tərəfindən brendinq, reklam və kommunikasiya, təbliğat xarakterli tədbirlərin keçirilməsi xidmətlərinin satın alınması" lotu üzrə keçirilən tenderin qalibi "Max Print” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
On manat nizamnamə kapitalı olan "Max Print” MMC-nin təsisçisi Hüseynzadə Amis Ənvər oğludur. Şirkət 2009-cu ildə təsis edilib.
Xatırladaq ki, "Max Print" MMC daha çox müştərilərinə marketinq strategiyasının vacib hissəsi sayılan promo məhsulları təklif edir.
Şirkətin əsas müştəriləri sırasında BP, Rigblast, Bos Shelf, Weir Services, Access Bank, Bank of Baku, Texnika Bank, Demirbank, Ateshgah Sigorta, Pasha Holding, Pasha Inshaat, Mace, Strabag, Pricewaterhouse Coopers, Ernst & Young şirkət və banklarının, İdman və Mədəniyyət nazirliklərinin, ABŞ və Polşa səfirliklərinin və digər təşkilatların adları yer alır.
Qlobal.az xəbər verir ki, Agentliyin bu dəfəki tenderinin məbləği 6.490.000 manat təşkil edir.
On manat nizamnamə kapitalı olan "Max Print” MMC-nin təsisçisi Hüseynzadə Amis Ənvər oğludur. Şirkət 2009-cu ildə təsis edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə dünyada koronavirus pandemiyasının geniş vüsət aldığı, bütün ölkələrin sərhədlərinin bağlandığı bir dövrdə Dövlət Turizm Agentliyinin reklam və tədbirlərin keçirilməsinin də yer aldığı 6.4 milyon manatlıq satınalma həyata keçirməsi ciddi müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, "Max Print" MMC daha çox müştərilərinə marketinq strategiyasının vacib hissəsi sayılan promo məhsulları təklif edir.
Şirkətin əsas müştəriləri sırasında BP, Rigblast, Bos Shelf, Weir Services, Access Bank, Bank of Baku, Texnika Bank, Demirbank, Ateshgah Sigorta, Pasha Holding, Pasha Inshaat, Mace, Strabag, Pricewaterhouse Coopers, Ernst & Young şirkət və banklarının, İdman və Mədəniyyət nazirliklərinin, ABŞ və Polşa səfirliklərinin və digər təşkilatların adları yer alır.
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.Az