Turizmin inkişafı istiqamətində Azərbaycanın əsas hədəfləri (RƏYLƏR)
Noyabr 08
10:44
2019
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn əcnəbilərin əksəriyyəti Rusiya, Gürcüstan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan vətəndaşları olub.
2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən ölkəmizə gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, sözügedən ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər təşkil edib.
"Report” bu artımın növbəti illərdə də nə dərəcədə davamlı olacağı, zamanda Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayını artırmaq üçün hansı addımların atılmalı olduğu və bu istiqamətdə hansı işlərin görüldüyü ilə bağlı mütəxəssislərin fikrilərini öyrənib.
Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə "Report”a verdiyi açıqlamada bildirib ki, Avropa bazarı Azərbaycana turist cəlb etmək yolunda prioritet istiqamətlərdən biridir: "Bu il Azərbaycana Böyük Britaniyadan gələnlərin sayında 23,5%, Almaniyadan gələnlərin sayında 21,4%, İtaliyadan gələnlərin sayında 12,6%, Fransadan gələnlərin sayında 14,7%, Polşadan gələnlərin sayında 32,7% artım müşahidə edilib. Bu ölkələrlə yanaşı, Niderlanddan gələnlərin sayı 5,3%, İsveçrədən gələnlərin sayı 23%, Macarıstandan gələnlərin sayı 31,6%, Latviyadan gələnlərin sayı isə 5,1% artıb. Lakin sadaladığım ilk 5 ölkə hazırda Azərbaycan üçün prioritet bazarlar rolunu oynayır. Ona görə də həmin ölkələrdə gücləndirilmiş təbliğat işləri aparılır. Bu məqsədlə Almaniyada Azərbaycanın rəsmi turizm numayəndəliyi açılıb. Bu cür nümayəndəliyin digər Avropa ölkələrində də açılması nəzərdə tutulub".
Onun sözlərinə görə, aparılan təbliğat işlərinə misal olaraq infoturların, mediaturların təşkilini, sosial şəbəkələrdəki fəaliyyəti, media vasitəsilə həyata keçirilən işlərimizi, müxtəlif sərgilərdə iştirakımızı göstərə bilərik: "Bütün bu işlərin nəticəsində həmin ölkələrdən gələn turist sayının artdığını görürük. Bizim biri Moskvada, biri isə Dubayda olmaqla iki media habımız var ki, bunlardan birincisi Avropa ölkələri ilə, ikincisi isə Asiya ölkələri ilə işləyir. Ümumilikdə, əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır. Hələ ki, Latın Amerikası və digər bazarlar bizim üçün başlıca istiqamət deyil. Bu iki hab vasitəsilə biz mediada lazımi işlər həyata keçiririk. Hökümətlərarası tədbirlər təşkil edir, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq edirik. Tez-tez bu təşkilatın nümayəndələri ilə həm ölkəmizdə, həm də xaricdə görüşlərimiz olur. Azərbaycanda keçirilən müxtəlif idman yarışlarının, elmi konfransların, işgüzar görüşlərin də təbliğatını aparmaq fəaliyyətimizin əsas prinsiplərindəndir. Bütün bu işlər üçün eyni zamanda Avropa ölkələrindən oradakı bazara yaxşı bələd olan mütəxəssislər də cəlb etmişik”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə bu il Avropa ölkələrindən gələnlərin sayının artmasının əsas səbəbinin ölkəmizdə keçirilən idman yarışlarının olduğunu deyib: "Statistikaya baxsaq, artımın, əsasən, may ayının sonu və iyun ayınını əvvəllərində olduğunu görəcəyik. Avropalı turistlərin sayının artırılması üçün həm dövlət, həm də özəl qurumlar səylərini əsirgəməməlidir. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Bunlardan biri də hər il müxtəlif sərgilərdə iştirakımızdır. Bu sərgilərdən üçü bizim üçün daha önəmlidir. Bunlardan biri İTB Berlin sərgisi, biri Madriddə keçirilən "Fitur” sərgisi, digəri isə Londonda keçirilən "Dünya Səyahət Bazarı" (World Travel Market) sərgisidir. Biz hər il bu sərgilərdə böyük heyətlə iştirak edirik".
R.Quliyev qeyd etdi ki, gələn il futbol üzrə Avropa çempionatının dörd oyunu Azərbaycanda keçiriləcək: "Biz oyunlar ərəfəsində gələn turistlərin burada daha çox qalmasını təmin etmək üçün cəlbedici addımlar fikirləşməliyik. Avropa ölkələrindən gələn turistlərin sayını artırmaq üçün həmin ölkələrlə Azərbaycan arasında olan ortaq tarixi günləri təyin etmək və həmin günlərdə müxtəlif marşrutlar həyata keçirmək lazımdır. Bundan əlavə, müxtəlif filmlərin də burada çəkilməsi turizmin inkişafına böyük dəstək ola bilər".
Assosiasiyanın prezidenti bu sahədə Türkiyə təcrübəsini misal gətirdi: "Belə ki, Rusiya kanallarından biri Türkiyənin Papadokia ərazisində teleserial çəkdi. Bundan sonra həmin əraziyə turist axını kəskin şəkildə artdı. Macarıstan və Gürcüstanda bu ölkələrdə film çəkən xarici nümayəndələrə xərclədikləri vəsaitin 30%-ni qaytarmaq kimi bir təcrübə var. Biz bu praktikadan da yararlana bilərik. Avropadan gələn turist sayının artması üçün nəqliyyat, logistika xərclərinin azaldılması, çarter reyslərinin artırılması da çox önəmli məsələdir. Artıq bizim hava limanlarımız bir hab rolunu oynamalıdır”.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə Avropa ölkələri ilə birbaşa reyslərimizin az olduğunu qeyd edib: "Bu il üçün Azərbaycanda 3 milyon əcnəbi vətəndaşın qəbul edilməsi hədəf götürülüb. Düşünürəm ki, ilin sonuna qədər biz bu məqsədə nail olacağıq. Əsas məqsədlərdən biri də Avropadan gələn turistlərin sayının artırlmasıdır. Çünki Avropa ölkələrində maddi rifah səviyyəsi daha yüksək olduğundan bu ölkələrdən gələn turistlər daha bahalı xidmətlərdən istifadə edə bilirlər. Nəticədə bu da Azərbaycan üçün daha çox gəlir gəlməsi deməkdir.
İlk növbədə, statistik analizləri düzgün aparmaq lazımdır ki, gördüyümüz işlərin nəticəsini dəqiq təyin edək və gələcək işlərimizi effektiv formada planlaşdıraq. Hazırda dövlət statistikamızda turist sözü əvəzinə "əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxslər” ifadəsi işlədilir. Bu ifadə ilə isə ümumi ölkəyə gələn xarici vətəndaşların sayı göstərilir və biz onların içindən turizm məqsədi ilə gələnlərin sayını ayırd edə bilmirik".
S. Dübəndi hesab edir ki, bu gün Avropalı turistlərin Azərbaycana gəlməsinə maneə olan əsas səbəblər bizim hava nəqliyyatımızla bağlıdır. Avropa ölkələri ilə birbaşa reyslərimizin sayı az, qiymətləri isə çox bahadır. Əksər hallarda bizim öz vətəndaşlarımız belə Gürcüstanın Kutaisi hava limanından istifadə edirlər. Buna görə də hava nəqliyyatı sahəsində islahatlar aparmaq lazımdır. "Açıq səma” (Open sky) siyasətini həyata keçirmək lazımdır. Bizim regionlarımızda yerləşən hava limanlarından yalnız öz vətəndaşlarımız istifadə edir. Avropa ölkələrinə, demək olar ki, uçuş olmur. Həmin hava limanlarına Kutaisi təcrübəsini tətbiq etmək və ucuz reyslər həyata keçirmək lazımdır. Bundan əlavə çarter reysləri də açılmalıdır. Çarter sırf turist daşınması üçün nəzərdə tutulan bir reysdir. Turizm sektorunun 4 komponenti var ki, bunlardan biri də məhz nəqliyyatdır. Digər 3 komponent isə qidalanma, yerləşmə və gecələmə xidmətləridir. Odur ki, göstərdiyimiz xidmətlərin keyfiyyət səviyyəsini yüksəltməliyik. Ölkəyə turist gələn zaman süni qiymət şişirdilməsi hallarına imkan verməməliyik. Hər bir ölkə vətəndaşı buna riayət etməlidir".
Digər tərəfdən, onun sözlərinə görə, bir neçə ildir ki, Azərbaycan turizm brendinin Avropa ölkələrində tanıdılması istiqamətində müəyyən işlər görülür: "Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən təbliğat-təşviqat işləri aparılır və Azərbaycan nümayəndələri müxtəlif sərgilərdə iştirak edirlər. Lakin biz Avropanın hər hansı bir şəhərində yerləşən bir parkda Azərbaycan mətbəxinə, mədəni irsimizə aid yığıncaqların keçirildiyini görmürük. Yalnız Heydər Əliyev Fondu tərəfindən təşkil edilən tədbirlərin şahidi oluruq. Dövlət Turizm Agentliyi bu istiqamətdə daha aktiv olmalıdır. Biz bu gün yeni turizm məhsullarının yaradılması üzərində səylərimizi artırmalıyıq. Bu istiqamətdə Dövlət Turizm Agentliyi müəyyən addımlar atır. Azərbaycanda artıq bu günə qədər ənənəvi olmayan turizm məhsulları yaradılır. Lakin hələ də bir sıra turizm növləri Azərbaycanda ənənəvi sahəyə çevrilməyib. Qeyd edim ki, ölkəmizdə turizmi inkişaf etdirmək üçün kifayət qədər yerli mütəxəssislər var. Bunun üçün xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur. Yalnız bir sıra spesifik sahələrdə xarici mütəxəssisə ehtiyac yarana bilər”.