SON XƏBƏR

Türk dilində yazılan ilk “İsgəndərnamə” Azərbaycana gətirilib

İyun 07
12:56 2018
AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin "İsgəndərnamə” poemasının surətini əldə edib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk "İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi osmalı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir. Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook