"Türk dünyası" adlı elmi jurnal yaradıldı
Dekabr 03
14:23
2019
"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Türk dünyası" adlı elmi jurnal təsis edib.
Qaynarinfo xəbər verir ki, jurnalın elmi redaktoru "Azərbaycan Dil Qurumu"nun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlıdır.
Dərginin baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Dilbər Camalidir. Jurnalda bütün türk dünyasını yaxından maraqlandıran mövzularda (dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənət) orijinal məqalələr dərc olunacaq.
"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb. Dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənətə dair məqalələri [email protected] e-poçtuna göndərmək olar.