SON XƏBƏR

Türk dünyasının mədəniyyət paytaxtında kitab mağazası yoxdur- NONSENS

Aprel 24
16:41 2016
Ötən ilin noyabr ayında Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı keçirildi.
 
TÜRKSOY toplantının yekununda Azərbaycan tərəfinin təşəbbüsü ilə Şəki şəhərini 2016-cı il üçün türk dünyasının paytaxtı elan etdi.
 
Qeyd edək ki, Şəki şəhəri əsrarəngiz təbiəti, nadir tarix-memarlıq abidələri, qədim sənətkarlığı ilə zəngin rayonlarımızdan biridir.
 
Ancaq bu gün sosial şəbəkələrdə bir qrup yazar tərəfindən paylaşılan xəbərə görə, Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Şəki şəhərində bir dənə də olsun kitab mağazası yoxdur. Türk dünyasının mədəniyyət paytaxtı seçilən bir şəhərdə kitab mağazasının olmaması isə əsl nonsensdir. 
 
Qeyri-iş günü olduğundan məsələni Şəki ŞİH-i ilə dəqiqləşdirə bilmədik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook