“Türk dövlətlərində təsdiqlənmiş sənədlər qarşılıqlı şəkildə sadələşdiriləcək” - Hüseyn Məmmədov
Oktyabr 07
08:05
2023
"Türk dövlətlərində təsdiqlənmiş sənədin digər ölkələrdə mümkün qədər sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın aparılması nəzərdə tutulur”.
"Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin notariat qurumlarının birgə imzaladıqları anlaşma memorandumu dövlətlər arasında notariat əməliyyatlarının səmərəliliyinin artırılmasına xidmət edəcək”, - o vurğulayıb.
H.Məmmədov deyib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın notariat birliklərinin birgə imzaladıqları sənəd bu dövlətlərin müvafiq qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, qanunvericiliklə notariata dair məsələlərin tətbiqinə töhfə verəcək: "Bununla TDT üzv olan ölkələr daxilində hüquqi əlaqələrin yaxınlaşmasına, eləcə də vətəndaşlarımıza hüquqi xidmət səviyyəsinin artırılmasına imkan yaranacaq. Bu sahədə təcrübə mübadiləsi ilə də əməkdaşlığımızı genişləndirəcəyik. Gələcəkdə bir türk dövlətində təsdiqlənmiş sənədin digər ölkədə mümkün qədər sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın aparılması nəzərdə tutulur”.