Türk dövlətlərinin vahid bazar, vahid gömrük zonası yaradıla bilər
Noyabr 12
08:45
2021
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə görüşündə təşkilatın gələcəyi ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək.
Türk dövlətləri prezidentlərinin İstanbulda toplaşmasının çox böyük əhəmiyyəti olduğunu deyən politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, türk dünyası artıq ayılıb. Politoloq qeyd edib ki, türk dövlətləri görür ki, digər müsəlman dövlətlərindən hər hansı bir xeyir, fayda gəlmir:
"Çünki ərəblər, farsdillilər, hər biri fərqli şəkildə fəaliyyət göstərir. Bunların əksəriyyəti türk dövlətlərinin əleyhinə işləyən dövlətlərdir və onların birliyini istəmir. Bu iclasda sözsüz ki, türk dövlətlərinin birliyi gündəmə gələcək. İkincisi, türk dövlətlərinin vahid iqtisadi məkan, türkdilli dövlətlərin bir qurum yaratmaq ehtimalı çox yüksəkdir. Düzdür, bir neçə qurum var, amma bunlar artıq tamam türkdilli dövlətlərin vahid ittifaqı demək deyil, yəni bunlar vahid bazar, vahid gömrük zonası yarada bilərlər. Həmçinin, vahid iqtisadi məkan, yeri gəlsə vahid pulu belə yaratması istisna deyil. Hazırda pandemiya dövrü olduğundan türk dövlətlərinin iqtisadi, bəzi siyasi problemləri var. Onların birlikdə həllinə daha rahat nail ola bilərlər, həm də türk dövlətlərinin gələcəyini proqnozlaşdırmaq məsələsi var. Çünki çox güclü qruplaşmalar gedir, həm milli, həm siyasi, həm iqtisadi müstəvidə. Nədən türkdilli dövlətlər də bu müstəvidə birləşməsinlər? Yəni konfidensial olaraq bu məsələlər də müzakirə oluna bilər. Bu, türk dünyasına həm də bir mesajdır ki, biz varıq, biz birlikdə güclüyük, biz birləşməyi bacarırıq və artıq birləşirik. Bu o deməkdir ki, bu dövlətlərin bir araya gəlməsi vaxtilə türk dünyasının təmsilçisi kimi çıxış edən Turanın yaranmasına gətirib çıxara bilər. Buna kimlərsə mane olmağa çalışacaqlar, ancaq biz başqalarının fikirləri ilə hesablaşmamalıyıq".
C.Nuriyev qeyd edib ki, türk dövlətləri bir sıra dövlətləri də yanına almalıdır:
"Biz yanımıza qardaş Pakistanı almalıyıq, türk dünyasına çox yaxşı münasibət olan Malayziya, İndoneziya və s. bu kimi müsəlman dövlətlərini. Onları da gələcəkdə bu quruma daxil etmək olar. Yəni söhbət burada sırf ancaq türklərdən ibarət olan bir qurumdan getmir. Türk-müsəlman birliyi də yaradıla bilər və bu çox güclü qurum ola bilər. Bundan başqa onsuz da türkdilli dövlətlərin özünün də müəyyən problemləri var. Həm Azərbaycanın ərazisində Rusiyanın sülhməramlıları var, Qazaxıstanın Rusiya ilə bağlı problemləri var. Türkmənistana, Özbəkistana problemlər yaratmağa çalışırlar. Türkdilli dövlətlər kimi kifayət qədər güclü olan Tatarıstan, Başqırdıstanın da bir araya gəlməsi gələcəkdə reallaşa bilər. Ona görə də bu toplantının çoxsaylı əhəmiyyəti var".