Türk Əfşarlar İmperiyası: Şiəlikdən İslam birliyinə, İrançılıqdan Turançılığa- III yazı
Aprel 06
06:47
2016
Doç.Dr. Faiq ƏLƏKBƏROV
Belə ki, Nadir şah Əfşar Cəfərliyi 5-ci təriqət kimi Osmanlı tərəfindən tanınmasına nail ola bilməsə də, bütövlükdə şiəliyin artıq onlar üçün əhəmiyyətli olmadığını, bu anlamda Osmanlı Türk dövlətiylə Əfşar Türk dövlətinin iki soydaş və dindaş dövlət kimi barış içində yaşaya bilməsinin təməlini qoydu. Buna ən bariz nümunə kimi də, 1746-cı ilin sentyabrında Qəzvində iki dövlət arasında bağlanan barış müqaviləsini göstərə bilərik. Artıq Nadir şahın sayəsində Osmanlı Türk dövlətinin və xalqının "İran”a, yəni Əfşar Türk dövlətinə münasibətində xeyli dəyişiklik yaranmış, dini düşmənçilk azalmış və doğmalıq hisləri yenidən güclənmişdir. Digər tərəfdən Səfəvilərdə ön plana çıxmış sünni-şiə məsələsi Əfşarlar dönəmində xeyli dərəcədə yumşaldı, dini məzhəbçilik hissi xeyli dərəcədə öz yerini İslam ümmətçiliyinə, müəyyən qədər də Türk birliyinə vermiş oldu. Bizcə, bu iki amil, yəni məzhəblərarası qovğadan İslam ümmətçiliyinə və Səfəvilər-Osmanlı düşmənçiliyindən Türk birliyinə keçid kimi yeni bir dövrün başlanğıcıdır. Bütün bunlara görə, ilk növbədə Nadir şah Əfşara və Əfşar Türk dövlətinə borcluyuq.
Şübhəsiz, bu iki amil Türk-İslam dünyası üçün, bütün müsəlman türkləri üçün əsasən məqbul olduğu halda, ancaq irandilli xalqlar və onların ideoloqları üçün qəbul edilməz idi. Çünki türklərdən fərli olaraq Səfəvilərdən qaynaqlanan şiəçilik daha çox irandillilərin son dayaq nöqtəsi idi. Əgər şiəçilik aradan qalxardısa, o zaman irandillilərin Türk dövlətlərində mövqelərini qoruyub saxlamaq, yəni milli varlıqlarını davam etdirmək çox təhlükəli bir həddə çatmış olacaqdı. Ona görə də, Nadir şahın İslam ümmətçiliyi əsasında gerçəkləşdirmək istədiyi Türk birliyi ideyasının gerçəkləşməməsi üçün isə həm radikal şiəçilər, həm də onların havadarları İngilis-Rus-Yəhudi qüvvələri mühüm rol oynadılar. Hər halda ən azı iki əsr ərzində Səfəvi Türk xənadanının hakimiyyət iddialarını gerçəkləşdirmək üçün soykötüklərini və düşüncələrini Peyğəmbərin (s.) Əhli-Beytinə, o cümlədən 12 imama bağlamaları farsdillilər üçün də bir nicat yolu olmuş və onlar bacardıqları qədər Səfəvi Türkmən dövlətində bu amildən yararlanmağa çalışmışlar. Ancaq Səfəvi Türk dövlətinin süqutu, onun yerinə Əfşar Türk dövlətinin gəlməsiylə dini-ideoloji düşüncə tamamilə kökündən dəyişdi. Yeni durum ən çox İranyönlüləri, qismən də hakimiyyətə can atan bir qrup türk şiəçiləri ciddi şəkildə narahat etməyə başladı. Əlbəttə, bu məsələdə pərdəarxasında farsdilliləri, o cünlədən radikal şiəçilk düşüncəsiylə hakimiyyətə can atan bəzi türk şiəçilərini (Əliqulu xan, Sam Mirzələr və b.) körükləyən ingilisləri, amerikanları, rusları, yəhudiləri də unutmamaq lazımdır.
Ona görə də, hesab edirik ki, Nadir şahın faciəli qətlində onun şiəçilik əleyhdarlığı həlledici rol oynadı. Məhz onun "bu qorxunc ideyasını” dərindən anlayan İran şiə din xadimləri, hakimiyyətə can atan türk şiə qruplar və onların havadarları (ruslar, ingilislər) öncə Nadir şah Əfşarın ən sadiq ətrafını, daha sonra özünü aradan qaldırmaq qərarını verdilər. İran şiə mollaları Nadir şahın yaxın ətrafında olan bəzi Türk xanlarını, ola bilsin onun oğlu Rzaqulu xanı da (bu dəqiq deyil) inandırmışlar ki, şiəçilik aradan qalxsa, yalnız "İran”ın deyil, onların da sonu gələcək. Bu məqsədlə onlar Nadir şahda şübhə yaratmaq, eyni zamanda ona əhali arasında olan münasibəti dəyişmək üçün taxtdan salınmış II Şah Təhmasibi öldürdülər. Halbiki Nadir şah istəsəydi taxta çıxdığı ilk gündə, ya da az sonra II Şah Təhmasibi aradan qaldıra bilərdi. Bir tərəfdən Osmanlının "sünni-şiə” məzhəb davasını aradan qaldırmaq istəməməsi, digər tərəfdən İran şiəçilərinin əliylə bəz xanlar tərəfindən (çox güman ki, Rzaqulu xanı da bu faciəyə təhrik ediblər, ya da iz azdırmaq üçün onun boynuna atıblar) sui-qəsdə məruz qalması yalnız Nadir şah üçün deyil, Türk-İslam dünyasının birliyinə də çox ağır zərbə oldu. Bunu, Bakıxanov indiki bir çox "Azərbaycan tarixçiləri”ndən daha dəqiq görmüş və ürəkağrısıyla bunu, iki cümlədə belə ifadə etmişdir: "Nadir şah atalıq şəfqətini toplayıb, şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini dəyişdi”.
Deməli, Nadir şah Əfşarın və onun qurduğu Əfşarlar imperiyasının bir çox hərbi uğurlara baxmayaraq fəlakətə uğrumasının kökü sırf dini-ideoloji məsələlərlə bağlı olmuşdur. Bu anlamda Nadir şahın faciəli ölümünü "bir qrup xainin hazırladığı sui-qəsd”, Nadir şahın cəzalandırdığı iri məmurların, feodalların daima qorxu altında olması, yaxud da vəzifə üçün öz qohumlarının əliylə öldürülməsi izahlarını qətiyyən doğru hesab etmirik. Əslində onun ölmünə fərman verənlər mahiyyətcə radikal İran şiəçilər və onların havadarları olduğu halda, zahirən həyata keçirənlər hakimiyyətə can atan bəzi türk şiəçilər Əliqulu xan, Saleh xan, Məhəmməd xan və başqaları olmuşdur. Bir sözlə, formal olan zahiri-naşı "sui-qəsdçilər”lə əsil sui-qəsdçiləri bir-birindən ayıranda, o zaman Nadir şah Əfşarın qətlində dini-ideoloji amilin, yəni "Fars-Əhəməni-Sasan İran”ın qorunub saxlanılmasının əsas rol oynadığı ortaya çıxmış olur. Bir sözlə, Ə.Tahirzədənin də qeyd etiyi kimi Nadir şahın (o cümlədən Ağa Məəhmməd şah Qacarın) faciəli ölümünü adi, təsadüfi bir qətil qələmə vermək kökündən yanlışdır. Çünki bu qətlin arxasında çar Rusiyası, İngiltərə və Fransa dayanırdı.
Bu anlamda bizcə, Nadir şah Əfşar Səfəvilərin torpaqlarına, hətta daha da artığına sahib çıxdığı kimi, onların "Qızılbaşlıq” ya da "şiəçilik” ideyasına da sahib çıxsaydı, o zaman vəziyyət tamam başqa cür ola bilərdi. Başqa sözlə, Nadir şah Əfşarın Səfəvi şiəçiliyinin ruhunu dəyişdirmək istəyi bir tərəfdən əsasən İran şiəçilərinin, eyni zamanda azda olsa, Azərbaycan türk şiəçilərinin ideyasına, digər tərəfdən çar Rusiya, Böyük Britaniya, Fransa kimi dövlətlərin də planlarına uyğun gəlmədiyi üçün zərərli hesab edilərək, bu ya və digər formada işbirliyilə qarşısı alınmışdır. Hər halda, birincilər "İranı-Arianı” yaşatmaq naminə bu işə qol qoydularsa, sonuncular isə Türklüyün və İslamlığın vahidlik, bütövlük təşkil etməməsi üçün Əfşarları devirmək qərarını verdilər. Bizcə, sonuncular bu və ya digər vasitələrlə Osmanlı sultanını da inandırmağı bacarmışlar ki, Nadir şahın məzhəb məsələsinin həllində əsas istəyi vahid İslam birliyi ya da Türk birliyi yaratmaq deyil, Osmanlını ələ keçirməkdir. Çox güman ki, Osmanlı sultanı da bu amildən çıxış edərək cəfərliyi 5-ci təriqət kimi qəbul etməkdən birmənalı olaraq imtina etmişdir. Deməli, dolayısıyla olsa da, Osmanlı sultanı Nadir şaha məzhəb məsələsinin həllində dəstək verməməklə onu İram şiəçilərinin və havadarlarının əlində tək qoymuş, bununla da İsam birliyi və Türk birliyi yolunda açılan qapıları genişləndirmək əvəzinə, əngəl olmağa çalışmışdır. Faruk Sümer de yazır ki, Osmanlı sultanı Mahmud Nadir şahın ortaq Türkmən kimliyi duyğusuna qarşılıq verməmişdir: "Çox ehtimal ki, nə Osmanlı hökmdarı I Mahmud, nə də onun dövlət xadimləri bu qohumluğun fərqində deyildi. Nadir şah İranın şiə məzhəbi ilə İslam aləmindəki təcrid edilmiş vəziyyətini görərək məsələni həll etmək üçün səmimiyyətlə təşəbbüsə başlamışdı... Şübhəsiz ki, qövmi duyğuları qüvvətli, inqilabçı olan bu böyük şəxsiyyəti qəfələt içində olan Osmanlı dövlət adamları qiymətləndirə bilməmişdi”.
Bu gün Əfşarların dövründə dövlət dilinin, yazısının farsca və ya türkcə olmasıyla bağlı da fikirlər səslənməkdədir. Şübhəsiz, Əfşarlar Türkmən-Oğuz boyundan idilər və dövlət sarayında, rəsmi ziyafətlərdə, rəsmi qəbullarda əsasən Türk dilində danışırdılar. Hər halda dövləti idarə edən xanların böyük əksəriyyəti də əsasən Türk-Oğuz boyundan idilər. Belə olduğu təqdirdə dövlətin rəsmi dilinin Türk dili olması mübahisəzidir. L.Lokkartda yazır ki, öz soykötüyünü Əmir Teymurla bağlayan Nadir şah Əfşar sərkərdələri və əyanlarıyla bir qayda olaraq Türk dilində danışar, idarəçilik məsələsində bu dildən istifadə edərmiş.
Bu gün müstəqil Azərbaycanın bəzi rusbaşlı tarixçiləri Nadir şahın rəsmi görüşlərdə türk dilində danışmasını elə bir formada təqdim edirlər ki, bundan baş çıxartmaq mümkün olmur. Onlar bu qeyri-adi "tarix” üslubunu ortaya qoyarkən 18-ci əsr erməni tarixçisi Abram Kretasiyə əsaslanırlar. Kreatsi yazır ki, Nadir şah ermənilərlə Türk dilində (Azərbaycan türkcəsi) danışırmış. Yəni bütün bunlar ona işarədir ki, Əfşarlar dövlətinin əsas dili Türk dili olmuşdur. Ancaq bu gün müstəqil Azərbaycanın bəzi rusbaşlı tarixçiləri bir yandan Nadir şahı "işğalçı” kimi qələmə verir, digər tərəfdən onu mənşəcə "azərbaycanlı” adlandıraraq rəsmi ziyafətlərdə "Azərbaycan dili”ndə danışdığını yazırlar: "mənşəcə azərbaycanlı (Oğuz-Türk deməyə cəsarətləri və obyektiv olmaları çatışmır- F.Ə.) olan əfşar tayfasının nümayəndəsi Nadir Qulu xan İran dövlətini təmsil etsə də rəsmi ziyafətlərdə Azərbaycan dilində (Türk dili yazmağa yenə də cəsarət etmirlər-F.Ə.) danışarmış". Bizcə, bu cür "tarixçi”likə ancaq kölə bir nəsil yetişdirmək mümkündür. Hər halda heç bir oxucu, özəlliklə yeni yetişən nəsil bu cür "tarix”lə Nadir şahın həm "İranı dövlətini təmsil edən işğalçı”, həm də mənşəcə "azərbaycanlı” olması ziddiyyətini dərk edə bilməz. Əslində isə burada qeyd olunan əsil tarix belədir: mənşəcə Türk-Oğuz ulusunun Azərbaycanda yurd salmış Əfşar boyundan olan Nadir şah Əfşarlar dövlətinin hökmdarı kimi, rəsmi ziyafətlərdə Türk dilində (Azərbaycan türkcəsində) danışarmış. Bu isə o deməkdir ki, Nadir şah naməlum "İran dövlətini təmsil edən işğalçı” deyil, mərkəzi Azərbaycan vilayəti olan Əfşarlar dövlətinin hökmdarı kimi doğma Türk dilində danışan Türk oğlu Türkdür.
Ancaq Nadir şah rəsmi yazımalarda daha çox fars dilindən istifadə etmişdir. Onun Osmanlı sultanıyla apardığı yazışmalar da əsasən Fars dil, qismən Türk dilində olmuşdu. Bu anlamda dövlətin adından yayılan bəzi buyruqların da Türk diliylə yanaşı Fars dilində olması da təbiidir. Çünki Əfşarlar dövlətində say etibarilə Türk millətindən sonra İran/Farsdilli tayfalar ikinci yerdə idilər. Deməli, Əfşarlar İmperiyasının dövlət dilinin Türk dili olmasıyla yanaşı bəzi buyruqlar, ya da arxiv sənədləri Fars dilində yazılması da bir gerçəklikdir. Orta çağda fars dilinin rəsmi yazışma və bəddi ədəbiyyat dili kimi daha geni yayıldığı nəzərə alsaq, burada da qeyri-adi heç bir şey yoxdur.
Nadir şah Əfşar sünni-şiə məsələsində tam olmasa da, Əfşar Türk dövlətində, eyni zamanda Osmanlıyla münasibətlərdə xeyli dərəcədə uğur əldə etdi. Belə ki, Nadir şah Əfşar Cəfərliyi 5-ci təriqət kimi Osmanlı tərəfindən tanınmasına nail ola bilməsə də, bütövlükdə şiəliyin artıq onlar üçün əhəmiyyətli olmadığını, bu anlamda Osmanlı Türk dövlətiylə Əfşar Türk dövlətinin iki soydaş və dindaş dövlət kimi barış içində yaşaya bilməsinin təməlini qoydu. Buna ən bariz nümunə kimi də, 1746-cı ilin sentyabrında Qəzvində iki dövlət arasında bağlanan barış müqaviləsini göstərə bilərik. Artıq Nadir şahın sayəsində Osmanlı Türk dövlətinin və xalqının "İran”a, yəni Əfşar Türk dövlətinə münasibətində xeyli dəyişiklik yaranmış, dini düşmənçilk azalmış və doğmalıq hisləri yenidən güclənmişdir. Digər tərəfdən Səfəvilərdə ön plana çıxmış sünni-şiə məsələsi Əfşarlar dönəmində xeyli dərəcədə yumşaldı, dini məzhəbçilik hissi xeyli dərəcədə öz yerini İslam ümmətçiliyinə, müəyyən qədər də Türk birliyinə vermiş oldu. Bizcə, bu iki amil, yəni məzhəblərarası qovğadan İslam ümmətçiliyinə və Səfəvilər-Osmanlı düşmənçiliyindən Türk birliyinə keçid kimi yeni bir dövrün başlanğıcıdır. Bütün bunlara görə, ilk növbədə Nadir şah Əfşara və Əfşar Türk dövlətinə borcluyuq.

Karabakhmedia.az
Nadir şah Əfşar sünni-şiə məsələsində tam olmasa da, Əfşar Türk dövlətində, eyni zamanda Osmanlıyla münasibətlərdə xeyli dərəcədə uğur əldə etdi.