Türk filmi Fransada dörd mükafat aldı
Fevral 28
12:13
2016
Parisdə keçirilən 41-ci "Cesars” Kino Mükafatımərasimində türk rejissor Deniz Gamze Ergüven’in”Mustang” filmi dörd mükafat qazanıb.
Türkiyənin ucqar şimal əyalətlərinin birində yaşayan beş yeniyetmə bacının hekayətini danışan film Ən yaxşı debüt film, Ən orijinal ssenari, Ən orijinal musiqi və Ən yaxşı montaj nominasiyaları üzrə qalibdir. Bacılar mühafizəkar ənənələrdən yayınmağa çalışırlar.
Bu film həm də bu il Oscar kino mükafatına Xarici dildə ən yaxşı film kimi namizəddir.
"Mustang” ötən il Sarayevo Film Festivalında da qaliblər arasında idi. 37 yaşl rejissor Ergüven Türkiyədə doğulub, Fransada böyüyüb.
Philippe Faucon’nun "Fatimə” filmi isə "Cesars” mükafatı mərasimində "Ən yaxşı film” adını qazanıb.
azadliq.org