SON XƏBƏR

Türk iş adamı Ali Məclisi məhkəməyə verdi - Səbəb

İyul 31
17:20 2024
Türkiyəli iş adamı Ali Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisinin məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. 

Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Araşdırmalarımız zamanı məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun probelmi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır. 

İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin Muxtar Respublikadakı konsulluğu vasitəsi ilə edib. Bu barədə mediada da məlumat yayılıb. 

Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, 2 milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı hətta həyatına təhlükə olduğunu da bildirib. 

Ali Obanın Naxçıvan MR Ali Məclisini məhkəməyə verməsinin kökündə əsasən bu məsələlərin dayandığı bildirilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook