Türk Ordusu qisas aldı: 3 şəhid qarşılığında 33 terrorçu məhv edildi (VİDEO)
Fevral 12
16:11
2021
Türkiyə Ordusu İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı əməliyyatını davam etdirir.
Qaynarinfo Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Pençe Kartal-2” adı verilən əməliyyatda 33 terrorçu zərərsizləşdirilib. Onlardan ikisi terror təşkilatının liderlər heyətinin üzvləridir.
Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid hərbi sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hərəkatı ilə məhv edilib. 40-dan çox təyyarənin iştirak etdiyi əməliyyatda PUA və zərbə PUA-ları ilə yanaşı, tanker və kəşfiyyat təyyarələrinə tapşırıq verilib.
"Əməliyyata 40-dan çox təyyarə, o cümlədən PUA və zərbə PUA-ları cəlb edilib. Bundan başqa, kəşfiyyat təyyarələri vasitəsilə terrorçuların gizləndiyi yer müəyyənləşdirilib. Böyük ölçüdə yerli və milli silah-sursatdan istifadə edilən hava hərəkatında hədəflər dəqiqliklə vurulub, bununla da terror təşkilatının bölgədəki varlığına böyük zərbə endirilib. Hava hərəkatından sonra isə bölgəyə helikopter vasitəsilə quru qoşunlar yeridilib. İlk qarşıdurmada şəhid olan qəhrəman əməkdaşlarımızın qanı yerdə qalmayıb”, deyə nazirlitin məlumatında qeyd olunub.
Qeyd edək ki, 10 fevral 2021-ci il tarixində başladılan əməliyyatlar nəticəsində terrorçularla toqquşmada 3 türk hərbçisi həyatını itirib, digər üçü isə yaralanıb. Qara bölgəsi Şimali İraqın dağlıq bölgəsinə verilən addır. Qara bölgəsi Türkiyə ilə sərhəddən təxminən 40 kilometr məsafədə yerləşir. Ərazidə çoxlu təpələr var. Qara dağı Qəndildən uzaq olsa da, dağlıq ərazi baxımından Qəndil dağı qədər əhəmiyyətlidir.
1️⃣ Irak Kuzeyinde Gara bölgesinde bulunan ve teröristler tarafından kullanılan hedeflere yönelik 10 Şubat 2021 günü başlatılan "Pençe Kartal-2 Harekatı” planlandığı şekilde devam etmektedir. pic.twitter.com/CgpnnPy5WZ
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 12, 2021