SON XƏBƏR

Türkiyə Antalya sakinlərini qorxudan rus pilotlardan izahat tələb etdi

Oktyabr 01
12:02 2020
Türkiyənin regional rəhbərliyi meşə yanğınları ilə mübarizə üçün icarəyə götürülmüş Rusiyanın Be-200ES amfibi təyyarəsinin pilotlarından izahat tələb edib.

Qaynarinfo "Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu təyyarələrin uçuşları Antalya sakinlərini narahat edib. Qəzetin yazdığına görə, sentyabrın 28-də pilotlar şəhərin rayonlarından birinin üstündən uçub, su götürdükdən sonra yaşayış binalarına yaxın uçaraq onları seyr edən sakinləri qorxuya salıblar.

Nəşr bildirir ki, regional meşə təsərrüfatı idarəsinin nümayəndələri izahat üçün pilotlara müraciət edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook