SON XƏBƏR

Türkiyə diplomatını öldürən erməni terrorçusu İrəvanda saxlanılıb

May 05
11:12 2022
Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.

"Report” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana qayıdıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook