Türkiyə enerji sisteminin bərpasında Ukraynaya yardım edəcək
İyul 23
15:07
2024
Türkiyə Ukraynaya enerji sektorunun bərpasına və istehsal gücünün artırılmasına yardım edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Ukrayna Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ukraynanın energetika nazirinin müavini Svetlana Qrinçuk Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib.
O, səfirə Rusiyanın enerji infrastrukturu obyektlərinə kütləvi hücumları nəticəsində Ukraynanın enerji sistemində yaranmış çətin vəziyyətdən danışıb.
"Mühüm vəzifə mümkün olan yerlərdə energetika obyektlərinin təmiri və bərpası, həmçinin paylanmış generasiyanın inkişafı yolu ilə ukraynalıların enerji müstəqilliyini artırmaqdır. Və biz bu mühüm prosesdə türk şirkətlərinin iştirakını məmnuniyyətlə alqışlayırıq”, - deyə Qrinçuk qeyd edib.
Görüşdə Ukraynanın enerji sektorunun bərpası, lazımi avadanlıqların tədarükü və türkiyəli mütəxəssislərin texniki və ekspert dəstəyinin cəlb edilməsi sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.