SON XƏBƏR

Türkiyə Ermənistanı destruktiv addımlardan əl çəkməyə çağırıb

Noyabr 28
07:27 2023
Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən müzakirələrin sülh sazişi ilə nəticələnməsini arzu edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək.

"Minsk Qrupu 30 il ərzində nəticəyönümlü diplomatiyanı işə salmayaraq, haqsız status-kvonun mövcudluğunu qorumaqdan başqa heç bir şey etmədi. Nəticə etibarı ilə Azərbaycan Qarabağ savaşı ilə öz torpaqlarına qovuşdu. Türkiyə asanlaşdırıcı rolunu Azərbaycanla, cənab İlham Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir.
Xüsusi təmsilçilərin də danışıqlara töhfəsi var ki, bu da "gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır”, - deyə o vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook