Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb
Yanvar 21
02:14
2018
Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.
"Report"un "Qazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.
Qeyd edək ki, "Zeytun budağı” adlı hərbi əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib.