SON XƏBƏR

Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılacaq

May 05
08:05 2021
Mayın 5-də Qahirə şəhərində Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr başlayacaq.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, iki gün davam edəcək müzakirələrdə iştirak edəcək heyətlərə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Misir xarici işlər nazirinin müavini Hamdi Sanad Lozan başçılıq edəcək.

Aparılacaq məsləhətləşmə xarakterli müzakirələr iki ölkə arasında əlaqələrin ikitərəfli və regional aspektdən normallaşması istiqamətində atılması zəruri olan addımlar ətrafında aparılacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook