SON XƏBƏR

Türkiyə israilli futbolçunu ölkədən qovdu - Bu hərəkəti bağışlanılmadı

Yanvar 15
14:51 2024
Türkiyənin "Antalyaspor" komandasında çıxış edən israilli futbolçu Sagiv Yehezkelin ölkədən deportasiyasına qərar verilib.

"AzPolitika.info" xəbər verir ki, buna səbəb futbolçunun Trendyol Super Liqasının 20-ci həftəsində "Trabzonspor"la matçda vurduğu qoldan sonra etdiyi hərəkət olub.

Belə ki, Yehezkel qoldan sonra biləyindəki "100 gün, 7.10 (oktyabr)” yazısını kameralara nümayiş etdirib. Onun bu hərəkəti İsrail  Qəzznı işğalına və minlərlə günahsız insanı öldürməsinə dəstək kimi qiymətləndirilib. Qeyd edək ki, həmin yazı HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi hücumu və sözügedən hücumdan sonra 100 gün keçdiyi mənasını daşıyıb.

İşğalçı İsrail rejiminin təbliğatını apardığı üçün klub rəhbərliyi və azarkeşlər tərəfindən kəskin reaksiya ilə üzləşən Yehezkel saxlanılaraq polis bölməsinə aparılıb. Daha sonra sərbəst buraxılan futbolçunun ölkədən deportasiyasına qərar verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook