Türkiyə İsveçdən Qurana hörmətsizliyin qarşısını almaq üçün addımlar atmasını gözləyir
İyul 31
07:50
2023
Türkiyənin xarici işlər naziri Hakan Fidan və İsveçin xarici siyasət idarəsinin rəhbəri Tobias Billström arasında telefon danışığı olub.
"Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlə İsveçin NATO-ya üzvlük məsələsini də müzakirə ediblər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə oktyabrda baxacaq.
Türkiyəli nazir bildirib ki, ifadə azadlığı adı altında müsəlmanlar üçün müqəddəs kitab olan Qurani-Kərimi təhqir etməyə yönəlmiş hərəkətlərin davam etdirilməsi yolverilməzdir və rəsmi Ankara gələcəkdə bu cür hərəkətlərin qarşısının alınması üçün İsveç hökuməti tərəfindən konkret addımlar atmasını gözləyir.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə oktyabrda baxacaq.