SON XƏBƏR

Türkiyə "Kanal İstanbul"dan ildə bu qədər qazanacaq - Nazir açıqladı

Yanvar 13
14:29 2020
Türkiyə gerçəkləşəcəyi təqdirdə "Kanal İstanbul" layihəsindən ildə təxminən 1 milyard dollar gəlir götürəcək.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Cahit Turhan açıqlayıb. Nazir son 15 ildə İstanbul boğazından keçən gəmilərin sayında 25 faiz azalma olduğunu, bunların daşıdıqları yüklərdə isə 53 faiz artım müşahidə edildiyini diqqətə çatdırıb.

"Məqsədimiz İstanbul boğazından istifadə edənlərə yeni bir yol yaratmaqdır. Yeni kanalın həcmi hazırkının 3 qatına yaxın olacaq. "Kanal İstanbul" layihəsini gerçəkləşdirməklə ölkəmizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək istəyirik", - deyə Cahit Turhan bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook