SON XƏBƏR

Türkiyə lirəsi ucuzlamaqda davam edir

İyun 06
10:21 2023
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

"APA-Economics"in məlumatına görə, iyunun 6-da birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,67 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 23,38 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,9% dəyər itirib. Son bir ayda isə lirə 10% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.1465 TL, satış üzrə 21.1846 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 6-da açıqladığı məzənnəyə əsasən 1 TL 0,0793 manata ticarət edilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook