SON XƏBƏR

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

Fevral 23
15:42 2023
Türkiyə Mərkəzi Bankı 2022-ci ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsini 9 %-dən 8,5 %-ə endirmək qərarına gəlib.

"Report" bu barədə Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.

"Mərkəzi Bankın Pul Siyasəti Komitəsi əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8,5 %-ə endirib. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir edəcəyi gözlənilsə də, ortamüddətli perspektivdə iqtisadi göstəricilərə daimi təsir göstərməsi gözlənilmir", - məlumatda deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook