Türkiyə millisi İsveçə qalib gəldi
Mart 25
08:11
2016
Avropa çempionatına hazırlaşan Türkiyə millisi yoxlama oyunu keçirib.
Musavat.com xəbər verir ki, Fatih Terimin yetirmələri İsveç millisinə 2-1 hesabı ilə qalib gəliblər.
Antalyada baş tutan oyunda 3 qol vurulub. Hesabı 32-ci dəqiqədə Ozan Tufanın ötürməsindən sonra Cenk Tosun açıb. İsveçlilərin bərabərlik axtarışı 74-cü dəqiqədə nəticə verib. Emir Kuyoviçin ötürməsini dəyərləndirən Andreas Qranqvist bərabərliyi təmin edib.
Hücumları davam etdirən Türkiyə qələbə qolunu vura bilib. Selcuk İnanın ötürməsindən sonra yenə Cenk Tosun fərqlənib.
Qeyd edək ki, Türkiyə millisi martın 29-da səfərdə Avstriya, İsveç evdə Çexiya ilə qarşılaşacaq.
Qlobal.az