SON XƏBƏR

Türkiyə Ordusu Liviyaya girməyə hazırdır

Dekabr 26
00:37 2019
"Liviyadan dəvət gəlsə, Türkiyə oraya hərbi kontingent göndərəcək."

Bunu Tunisdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu çox vacib bir məsələdir. Liviyadakı neqativ proseslər yalnız Liviyanı deyil, eyni zamanda qonşu ölkələri və xüsusilə Tunisi narahat edir. Bəs Liviya ilə Yunanıstan arasında nə əlaqə var? Onlar heç iqtisadi ərazi ilə də bağlı deyillər. Türkiyə ilə Liviya arasındakı əlaqələr isə hər kəsə bəllidir. Bu məsələdə iki ölkə səlahiyyətə malikdir- Liviya və Türkiyə",-deyə Ərdoğan vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, bu günə qədər Türkiyə heç bir ölkəyə dəvət olmadan getməyib.

"Ancaq hansısa bir dəvət gəlsə, onu qiymətləndirib müvafiq addımlar atacağıq. Soruşmaq istərdim ki, Sudandan beş min və "Vaqner”dən iki min əsgər Liviyaya hansı sifətlə gəlib? Onlar orada nə edirlər? Haftarın heç bir legitimliyi yoxdur. O, legitimliyi olmadan vəziyyətdən sui-istifadə edir. Beynəlxalq ictimaiyyət Liviyada lider kimi Sərracı tanıyır", - deyə Türkiyə lideri bəyan edib.(Virtualaz.org)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook