SON XƏBƏR

Türkiyə prezidentinin köməkçisi: "Afrində əməliyyat gözlənilmədən olacaq"

Yanvar 18
00:34 2018
Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində hərbi əməliyyatı qəflətən keçirəcək.
 
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Bəkir Bozdağ deyib.
 
O, qeyd edib ki, Suriya sərhədindən Türkiyəyə qarşı yönəlmiş istənilən təhdidin qarşısını almaq, ölkənin təhlükəsizliyini qorumaq üçün Afrin və digər bölgələrdə hökumət tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə öz hüququnu qorumaq üçün addımlar atacaq.
 
"Bu, nə zaman olacaq? Qəflətən", - deyə B.Bozdağ bildirib.
 
O, ABŞ-ın kürd silahlılarına silahı İŞİD-i məhv etmək üçün verməsi ilə əsaslandırmasını bəhanə adlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook