Türkiyə qərar verdi: Dərslərə distansiyon üsulla başlanılacaq
Avqust 13
00:09
2020
Türkiyədə 2020-2021-ci tədris ili yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən distansiyon üsulla başlanacaq. Distansiyon üsulla tədris prosesinə avqustun 31-də start veriləcək.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin tövsiyəsi əsasında qərar qəbul olunub. Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk məlumatında bildirib ki, normal tədris prosesinin sentyabrın 21-də başlanması planlaşdırılır. Koronavirusla bağlı ölkədəki vəziyyət və bunun məktəblərə təsiri sentyabrda yenidən dəyərləndiriləcək.
Qeyd edək ki, Türkiyədə koronovirus infeksiyasına gündəlik aşkarlanan yoluxma sayı 1200 nəfərə yaxındır.

(Azərtac)