SON XƏBƏR

Türkiyə Respublikası Mərkəzi Bankına yeni prezident təyin edilib - Fatih Karahan kimdir?

Fevral 03
16:40 2024
Türkiyə Respublikası Mərkəzi Bankına yeni prezident təyin edilib. Bu vəzifəni Fatih Karahan tutacaq. 

Qərar Prezidentin hökumətin rəsmi qəzeti olan "Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan dünən istefa verib.

Bəs Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan kimdir?

Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini bitirib. Karyerasına 2012-ci ildə Nyu-York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb. 

Kolumbiya Universitetində və Nyu-York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan 2022-ci ilin noyabrında "Amazon" şirkətində baş iqtisadçı vəzifəsinə təyin edilib. Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib. 3 fevral 2024-cü il tarixli qərarına əsasən, Mərkəzi Bankın rəhbəri təyin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook