SON XƏBƏR

Türkiyə-Rusiya bankının yaradılması müzakirə olunur

Fevral 05
10:25 2024
Ödəniş köçürmələri ilə bağlı problemlərin həlli çərçivəsində Türkiyə-Rusiya bankının yaradılması məsələsi iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə edilir.
 
Bu barədə "APA-Economics” xarici mətbuata istinadən xəbər verir.

Bildirilib ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar. Bu, ABŞ-ın sanksiyaları ilə bağlıdır.

"Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və əvvəllər də müzakirə olunub. Bu, məqamlardan biridir. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur", - məlumatlı mənbə belə deyib


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook