Türkiyə Rusiya taxılının alışını kəskin artırıb
İyun 16
00:44
2020
Türkiyə Rusiyadan taxıl alışını kəskin artırıb. Ötən kənd təsərrüfatı ilində(iyul 2019-iyun 2020) ölkə Rusiyanın cənub regionlarından 7 milyon 654 min ton taxıl almaqla son dörd ildə Rusiyadan ən çox taxıl alan Misiri qabaqlayaraq birinci yerə çıxıb.
"Rusaqrotrans” Analitik Mərkəzinin rəhbəri İqor Pavenskinin "İnterfaks”a dediyinə görə, Türkiyənin bu il taxıl alışı ötən ilkindən 31 faiz çoxdur: "Bu, cənub regionlarında buğdanın yüksək keyfiyyətli olmasından irəli gəlib. Türkiyə bu buğdanın hesabına un ixracını kəskin artırıb. Nəticədə Türkiyədə taxıl istehsalı azalsa da, un ixracı artıb”.
Misir Rusiyadan taxıl alışını ötən ilki 7 milyon 647 min tondan 23 faiz azaldıb - 5 milyon 923 min tonadək. Buna ölkənin Ukrayna və Fransadan buğda alışını artırması səbəb olub. Ötən mövsümdə Rusiyadan taxıl alışını artıran digər ölkə İrandır - əvvəlki ildəki 2 milyon 804 min tona qarşı 4 milyon 430 min ton(58 faiz artım). Artım arpa və qarğıdalının hesabına baş verib.
Rusiyadan ən çox taxıl alanlar arasında dördüncü yeri Banqladeş tutur - əvvəlki ildən 1,2 dəfə çox – 2,2 milyon ton. Nəhayət, Top5-i Səudiyyə Ərəbistanı qapadır - əvvəlki ildəki 1,45 milyon tona qarşı 1,637 milyon ton alışla. Bu həcmin böyük hissəsi arpadır.
Bundan əlavə, Mərkəzin məlumatına görə, ötən mövsümdə Azərbaycan da Rusiyadan taxıl alışını 93 faiz artırıb – 1,4 milyon tona çatdırıb. Bu artım Qazaxıstandan buğda alışının kəskin azalması fonunda qeydə alınıb.
Analitik mərkəzin proqnozuna görə, bu il Rusiya əvvəlki ildəkindən 1 milyon ton az - 44,4 milyon ton taxıl və paxlalılar ixrac edəcək. O cümlədən buğda ixracı əvvəlki ildəki 35,85 milyon tona qarşı bu il 34,8 milyon ton təşkil edəcək.