Türkiyə rusiyalı turistlər üçün yeni hava yolu şirkəti qurmaq istəyir
Aprel 11
00:30
2022
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bütün Rusiya aviaşirkətlərinin təyyarələrinin uçuşa yararlılıq sertifikatlarını dayandırdıqdan sonra Türkiyə rus turistləri yalnız türk turizm bölgələrinə daşıyacaq yeni aviaşirkətin yaradılması ideyası üzərində çalışır.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu, hökumətin Rusiyadan turistlərin cəlb edilməsi üzrə "yol xəritəsi”nin bir hissəsi kimi nəzərdə tutulub.
Bildirilir ki, hazırda proqramda üç əsas məqam yer alıb.
Birinci məqam Rusiyadakı türk tur operatorlarına, ilk növbədə "Anex", "Pegas" və "Coral" kimi şirkətlərə dövlət zəmanətli kredit dəstəyinin verilməsi ilə bağlıdır. Kreditin ümumi məbləği 300 milyon dollardır. Bu dəstək paketinin may ayının ilk həftəsində açıqlanması gözlənilir.
İkinci məqam Rusiyadan gələn "paket” turistlər üçün 1,5 milyon yerin ayrılmasını nəzərdə tutan, turoperatorlar ilə Türkiyənin ən böyük aviadaşıyıcısı "Türk Hava Yolları” arasında əməkdaşlıq haqqında artıq əldə edilmiş razılığa aiddir. Daha 500 min rusiyalı turistin aşağı büdcəli aviaşirkət - Pegasus Hava Yolları və rus istehsalı olan təyyarələrlə uçacaq özəl Rusiya hava yolları şirkətləri tərəfindən daşınması gözlənilir. Beləliklə, 2022-ci ildə 2 milyon rusiyalı turistin Türkiyəyə səfər edə biləcəyinə zəmanət verilir.
Üçüncü bənd Antalyada yerləşəcək və Rusiyadan Türkiyəyə yalnız turistləri daşıyacaq yeni aviaşirkətin yaradılması imkanını nəzərdə tutur. Bu şirkət yaradılarsa, Türkiyə Rusiyadan əlavə 1 milyon turist cəlb etməyi planlaşdırır. Beləliklə, rusiyalı turist sayı 3 milyona çatacaq.
Qeyd edək ki, 2017-ci ildən sonra Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında Rusiya liderdir. 2021-ci ildə 4,7 milyon rusiyalı turistə ev sahibliyi edən Türkiyənin bu il 7 milyon rusiyalını qəbul edəcəyi gözlənilirdi. Bu ilin yanvar-fevral aylarında Türkiyəyə üz tutan rusiyalı turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artsa da, Ukrayna müharibəsı başlayandan sonra onların sayı xeyli azalıb.